15
Bakı. AzerVoice:
Girovların siyahısı əldə olunmayana qədər Qəzzada atəşkəs olmayacaq.
AzerVoice xəbər verir ki, bu haqda İsrailin baş naziri Benyamin Netanyahu deyib.
"Girovların siyahısını almayana qədər razılaşmaya əməl etməyəcəyik. İsrail razılaşmanın pozulmasına dözməyəcək. Bütün məsuliyyət HƏMAS-ın üzərinə düşür” – deyə o bildirib.
Xatırladaq ki, İsrail və HƏMAS Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə çərşənbə günü elan edilən gərgin danışıqlardan sonra Qəzza zolağında atəşkəs və məhbusların mübadiləsi barədə razılığa gəlib.