BAKI,AzerVoice
Qədim Misir mədəniyyətində musiqi və rəqs yüksək
qiymətləndirilirdi. Misirdə musiqi və rəsqin əhəmiyyətibu gün
düşünüldüyündən daha böyük və vacib idi.
Misiqi və rəqs qədim Misirdə yaradılış və “tanrılarla” ünsiyyətin
ayrılmaz hissəsi idi və daha ilahi nemətlərə insanların cavabı kimi
xarakterizə ediliri.
HƏMÇİNİN OXUYUN
Tanınmış Misirşünas Helen Strudvick qeyd edir ki, "Qədim Misirdə musiqi həyatın bütün sahələrini əhatə etmişdi- mülki və ya dəfn ziyafətlərində, dini yürüşlərdə, hərbi paradda və hətta tarlada işləyərkən musiqi və rəqs yaşamın ayrılmaz hissəsi olub”.
Misirlilər musiqini çox sevirdilər və musiqi ifalarının səhnələrini qəbirlərdəki təsvirlərdə və məbədlərin divarlarında əks etdirirdilər. Bununla yanaşı, rəqsə də eyni dərəcədə dəyər verirdilər və onun əhəmiyyətini də vurğulayıb təsvir edirdilər.
Sevinc bəxş edən tanrı Hathor musiqi ilə ən çox
əlaqələndirilirdi, lakin əvvəlcə bu rol başqa bir tanrıça, Merit
(bəzən Meret olaraq da adlandırılır) ilə bağlı idi. Qədəim Misirdə
yayğın olan yaradılış hekayəsinin bəzi versiyalarında Merit, Heka
(sehr tanrısı) ilə birlikdə Ra və ya Atumla yaradılışın
başlanğıcında iştirak edir və musiqi vasitəsilə nizamı qurmağa
kömək edir. Misirşünas Richard H. Vilkinson qeyd edir ki, qədim
inanca görə, bütün bunlar musiqi ilə yanaşı rəqslə müşayət
olunurdu.
Beləliklə, Merit yaradılış simfoniyasının yazarı, musiqiçisi,
müğənnisi və dirijoru olaraq musiqini Misir mədəniyyətinin əsas
dəyəri kimi təsbit etmişdir.
Misirşünas Carolyn Graves-Brovn yazır: “ Misirli, əsasən
də qadınların istifadə etdiyi “menit” boyunbağı sıx muncuqlardan
ibarət bir boyun aksessuarı idi və rəqs zamanı silkələnirdi. Bəzən
məbədlərdə olan rəqslər zamanı bu boyunbağı çıxarılır və əldə
silkədilirdi ki,musiqi tenpinə uyğun daha gur səs çıxarsın. Bu
boyunbağı daha sonra bütün məbədlərdə istifadə edilən müsiqi
alətinə çevrildi.”
Rəqqasələr yalnız məbədlərlə məhdudlaşmırdı, onlar Misirdə eyni
zamanda əhalinin bütün təbəqələrinin əyləncə mədəniyyətinin
ayrılmaz hissəsi oldular.
Rəqqas və rəqqasələrın geyim forması zamanla seçilməyə başladı.
Belə ki, qadınlar tez-tez az geyimdə, şəffaf paltarlar, xalatlar
geyinməyə başladılar.
Musiqi alətləri
Qədim Misirdə musiqi zəngin və çoxşaxəli idi, müxtəlif alətlər və
ifa formaları ilə diqqət çəkirdi. Misir musiqiçiləri həm dini
mərasimlərdə, həm də dünyəvi tədbirlərdə iştirak edirdilər. Musiqi
alətləri əsasən üç kateqoriyaya bölünürdü: nəfəsli, simli və zərb
alətləri.
Nəfəsli Alətlər
Tütək ən qədim və populyar alətlərdən biri idi. Çox vaxt tək borulu
və ya iki borulu versiyalarda istifadə olunurdu.
Ney daha mürəkkəb nəfəsli alət olub, dini və dünyəvi tədbirlərdə
istifadə edilirdi.
Simli Alətlər
Arfa həm iri, həm də kiçik ölçülü variantları ilə tanınırdı. Arfa
incə səsi ilə dini mərasimlərdə xüsusi yer tuturdu.
Zərb alətləri əsasən Hathor tanrısına həsr olunmuş ibadətlərdə
istifadə edilən əl aləti idi. Həm səs çıxarmaq, həm də ritm tutmaq
üçün ideal idi.
Nağara və zınqırovlar, ibtidai zərb alətləri arasında idi və ritmin
saxlanılmasında əsas rol oynayırdı.