23
Bakı. AzerVoice
Ən qısa zamanda Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunacaq.
AzerVoice xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.
"Uzun müddət Azərbaycanın Suriyada fəaliyyət göstərən diplomatik təmsilçiliyi yox idi. Məlum hadisədən dərhal sonra bu istiqamətdə müvafiq addımlar atıldı", - o bildirib.
Nazir qeyd edib ki, qısa müddət ərzində Azərbaycan nümayəndə heyəti Suriyada oldu:
“Orada diplomatik missiyamızın bərpasında niyyətimizi ortaya qoyduq. Ən qısa zamanda səfirliyin fəaliyyəti bərpa olunacaq. Hazırda texniki işlər gedir”.