Bakı. AzerVoice
Türk Dövlətləri Təşkilatının (TDT) daha funksional hala gətirilməsi stratejik bir addımdır.
AzerVoice xəbər verir ki, bu barədə bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.
"21-ci əsrin ilk illərindən etibarən Türk dövlətlərinin əsas faktor olduğunu görürük. TDT-nin daha funksional hala gətirilməsi stratejik bir addımdır", - o bildirib.
Onun sözlərinə görə, TDT əməkdaşlığını və layihələrini daha da inkişaf etdirmək üçün çalışırıq.
"2025-ci ildə də daha öncəki fəaliyyətlərimizi bir addım daha irəli aparacağıq. Üzv dövlətlərin ikili və üçlü layihələri də mövcuddur. Bu da özlüyündə təşkilatın gücünü artırır. Bir birimizlə əməkdaşlığın ortaya çıxardığı uğur millətlərimizin rifahına da təsir göstərir”,- deyə H. Fidan bildirib.