Əsas səhifə » Ceyhun Bayramov və Hakan Fidan birgə mətbuat konfransı keçirəcək

Ceyhun Bayramov və Hakan Fidan birgə mətbuat konfransı keçirəcək

Bakı, AzerVoice

Sabah Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov və Türkiyə Xarici İşlər Naziri Hakan Fidanın iştirakı ilə mətbuat konfransı keçiriləcək.

AzerVoice xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, hərbi, ticarət, nəqliyyat sahələri kimi mövzularda müzakirələr aparılması və jurnalistlərin suallarının cavablandırılması nəzərdə tutulur.

Qeyd edək ki, bundan öncə Hakan Fidan ötən ilin mart ayında Azərbaycana səfər edib.

Digər Kateqoriyalar

2025 © Azervoice