BAKI,AzerVoice
Suriayda BƏƏS partiyasının squtundan bə Bəşşar Əsədin Rusiayay
qaçıçından bir aydan bir az vaxt keçir. Qedy etmək lazımdır ki ,
Əsədin devrilməsi bütün dünya üçün, elə Əsədin özü üçün də sürpriz
oldu. Mqəalədə Əsədin devrilməsində Türkinin önəmli rolunundan
danışmaq məsədimiz yoxdur.
Əsədin ölkədən qaçması və Heyət Təhrir əl-Şamın hakimiyyətə gəlməsi
hardasa, Talibanın Amerikanları Aəfqanıstanda qovmasına bənzədi.
Lakin bütün bunlara baxmayaraq heç sübhəsiz Suriya iləƏfqanıstan
arasında olduqxa ciddi fərqin olduğunu söyləyə bilərik.
"Heyət Təhrir əl-Şam" özünü Suriya hökuməti olaraq
möhkəmləndirmək üçün addımlar atdı və Suriyada əhalisinin
əksəriyyətini təşkil edən sünni müsəlmanlardan təmsilçi olaraq
beynəlxalq tanınma əldə etməyə çalışır. Təşkilatın
əleyhidarları isə, obu, silah gücü ilə özünü qəbul etdirən faktiki
bir hökumət kimi görürlər. Taliban və Heyət Təhrir əl-Şam arasında
bənzərliklər olsa da, fərqliliklər də olduqca çoxdur.
"Heyət Təhrir əl-Şam"ın təcrübəsi fərqlidir, çünki o, Suriyanın
şimalında, İdlib bölgəsini idarə edirdi. Buna görə də, "Heyət"in
İdlibdəki təcrübəsini bütövlükdə Suriya ərazisinə genişləndirmə
niyyəti ilə bağlı suallar yaranır. Hərəkətin lideri, bir bütün
ölkəni idarə etməyin, kiçik bir bölgəni idarə etməkdən fərqli
olduğunu təsdiqlədi, amma bu fərqin nədə olduğunu açıqlamadı.
"Əl-Ərəbiya" kanalına verdiyi müsahibəsində, Colani, Suriyanın
gələcəyinin milli hakimiyyətin əlində olacağını vurğuladı. Əslində
bu olduqca müsbət bir bəyanatdır.
Çünki "Heyət" keçid hökumətinin bütün nazirlərini öz üzvlərindən
təyin edib. Həmçinin, eyni müsahibədə Colani, bunun məqsədinin
keçid dövründə razılaşma və sabitlik əldə etmək olduğunu bildirdi,
bu qeyd edib ki, bu dövr ən azı dörd il davam edəcək ki, Suriyada
xalqın müxtəlif təbəqələrinin istəklərini əks etdirən bir hökumətin
formalaşdırılması üçün seçkilər keşirilməlidir.
Məqsəd açıqdır, çünki "Heyət Təhrir əl-Şam" dörd il müddətində
tam hakimiyyəti əlində saxlamağı planlaşdırır və ərəb
respublikalarının siyasi dilində, bu müddət "national interest"
(milli maraq) tələb etdiyi təqdirdə uzadıla bilər; və bu, təbii
olaraq, hakim partiya tərəfindən müəyyən ediləcəkdir.
Burada sual yaranır: "Heyət Təhrir əl-Şam" hökuməti ilə
Taliban arasındakı fərq nədir?
Talibanın, seçilmiş hökumətə hakimiyyəti təhvil vermək vədinin olmaması faktı, hərəkətin öz legitimliyini xarici qüvvələrin qurduğu siyasi rejimdən "hakimiyyəti bərpa etməsi" ilə əsaslandırmasına uyğun gəlir. Bu halda, Əfqanıstanda Taliban hökumətinə qarşı çıxacaq afqan qüvvələri yoxdur. Lakin Suriyada vəziyyət fərqlidir, çünki "Heyət" Suriyada ilk dəfə olaraq dövlətin idarəsini əlində tutur, və burada həm silahlı, həm də mülki olan Suriya qüvvələri var ki, onlar ölkənin idarəetmə formasına dair öz arzularını təmsil edirlər.
Nəticə etibarilə; Taliban, Əfqan xalqının əksəriyyətini təşkil edən Pəştun qəbilələrinin ibarət sərt düşüncə təmsilçisidir, "Heyət Təhrir əl-Şam"ın sərt ideologiyası baxmayaraq, dünyəvi toplumal uzlaşmağa çalışan bir hərəkatdır.