BAKI,AzerVoice
Suriyanın yeni hakimiyyətinin Xarici İşlər və Müdafiə nazirləri ilə Kəşfiyyat Rəisi bu gün Ankaraya səfər edəcək. AzerVoice xəbər verir ki, görüşlərdə Suriyada nizami ordu yaradılması istiqamətində fəaliyyətlər və PKK/YPG terror təşkilatına qarşı atılacaq addımlar müzakirə olunacaq.
Suriyanın yeni Xarici İşlər Naziri Əsəd Həsən əş-Şibani bu gün Müdafiə Naziri Murhaf Əbu Qasra və Kəşfiyyat Rəisi Anas Hattab ilə birlikdə Ankaraya səfər edəcək. Suria heyətinin Türkiyə XİN rəhbəri Hakan Fidan, Milli Müdafiə Naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatı (MİT) Başçısı İbrahim Kalınla da görüşəcəyi gözlənilir.
Tərəflərin qatılacağı görüşlərdə əsas gündəm maddəsi Suriyanın təhlükəsizlik məsələləri olacaq. Görüşlərdə Suriyada nizami ordu yaradılması istiqamətində fəaliyyətlər və ölkənin şimal-şərqində YPG terro təşkilatının nəzarətinə son qoyulmasına yönələn addımlar müzakirə olunacaq.
Qedy edək ki, Fidan ilə Şibani 12 yanvarda Riyadda keçirilmiş toplantıda görüşmüşdülər. Fidan Riyaddakı toplantıda “Suriya Demokratik Qüvvələri” (DSQ) - YPG-nin ( PKK-nın Suriya qolu) özünü buraxması və PKK-nın Suriyanı tərk etməsi çağırışı etmildilər.
Bu gün baş tutacaq görüşlərdə əsas gündəmdən biri də, Suriyadakı silahlı qrupların birləşməsi ilə vahid bir struktura toplamağa çalışılan ordunun təlimi ilə bağlı mövzulara diqqət yetiriləcək.
Görüşdə, həmçinin, Türkiyədəki qaçqınların geri dönüşü müzakirə olunacağı gözlənilir.