Bakı,AzerVoice
Türkiyənin Rabitə İnformasiya naziri Fahrettin Altun, Suriyada yeni
hökumətin İnformasiya Naziri Məhəmməd Yakub Əl-Ömər ilə telefon
danışığı aparıb.
AzerVoice xəbər verir ki, görüş
zamanı, Suriyanın yeni hökuməti ilə Türkiyə arasında media və
kommunikasiya sahəsində əməkdaşlıq, həmçinin dezinformasiya ilə
mübarizə kimi məsələlər müzakirə edilib.
Altun, media və kommunikasiya sahəsinin əhəmiyyətini vurğulayaraq, Suriya xalqının real fikirlərinin beynəlxalq ictimaiyyətə düzgün şəkildə çatdırılmasının vacib olduğunu qeyd edib. O, qara təbliğat, dezinformasiya və sistemli yalanlara qarşı sərt addımların atılmasının zəruri olduğunu bildirərək, bu sahədə hər cür dəstəyi verməyə hazır olduqlarını ifadə edib.
Rabitə sahəsində əməkdaşlığın konkretləşməsi üçün Suriyaya texniki ekspert heyəti göndərilməsi təklif edilib. Məhəmməd Yakub Əl-Ömər isə Türkiyəni nümunə götürərək Suriyanın rabitə sahəsində işlərini davam etdirəcəyini bildirib və Prezident Rəcəb Tayyib Ərdoğana dəstək üçün təşəkkürlərini ifadə edib.
Əl-Ömər, Fahrettin Altunu Suriyaya dəvət edərək işləri yaxından izləmək və əməkdaşlığı gücləndirmək üçün gəlmək istədiklərini də bəyan edib.