Əsas səhifə » Makron bütün afrikalıları təhqir edib - İbrahim Traore

Makron bütün afrikalıları təhqir edib - İbrahim Traore

BAKI,AzerVoice

Makron bütün afrikalıları təhqir edib,AzerVoice xəbər veir ki, bunu Burkina-Fasodakı hərbi xuntanın başçısı, kapitan İbrahim Traore deyib. O qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron bir həfər əvvəl çıxışında bütün afrikalıları təhqir edib.

Traore qeyd edib ki,Makron çıxışında deyib ki “Düşünürəm ki,afrikalılar bizə təşəkkür etməyi unutdular.Naşükürlük, yaxşı bildiyim kimi, insana keçməyən xəstəlikdir”. Hərbi ldeirn sözlərinə görə bu sözn əsl mənasında bütün afrikalılara təhqirdir.

“Əgər biz bu imperialist güclərlə əlaqələri kəsmək istəyiriksə, məsələ sadədir: razılaşmaları ləğv etməliyik. “Əgər biz razılaşmaları ləğv etməsək və sadəcə onlardan (hərbi) bazaları tərk etmələrini istəsək, deməli, heç nə etməmişik”-deyə Traore bildirib.

Burkina Faso ilə Fransa arasında münasibətlər 36 yaşlı kapitan Traorenin 2022-ci ilin sentyabrında fransızları ölkəsindən qovaraq, hakimiyyəti ələ keçirdikdən sonra pisləşib. Burkina Faso, Mali və Niger ilə birlikdə Fransa qüvvələrinin 2023-cü ildə ərazilərini tərk etdiyi üç Afrika ölkəsidir.

Fransa Afrikadakı hərbi mövcudluğunu yenidən təşkil etmək qərarına gəlməsinə baxmayaraq, Çad və Seneqal kimi bəzi ölkələr noyabr ayında təşəbbüsü ələ aldılar və fransızlardan qüvvələrini öz ərazilərindən çəkmələrini istədilər. Çad iki ölkə arasında bağlanmış hərbi əməkdaşlıq sazişini ləğv edib və Fransa qüvvələrinin bu yanvarın sonuna kimi ölkədən çıxmasını, Seneqal isə Fransa hərbi bazalarının bağlanmasını və öz ərazisindəki hər hansı xarici hərbi mövcudluğun dayandırılmasını tələb edib.

Digər Kateqoriyalar

2025 © Azervoice