Əsas səhifə » Fransa Əlcəzairi iqtisadi sanksiyalarla təhdid edir

Fransa Əlcəzairi iqtisadi sanksiyalarla təhdid edir

Bakı, AzerVoice

Əlcəzair və Fransa arasında siyasi böhran daha da kəskinləşməyə doğru gedir, xüsusən də Fransa rəsmiləri Avropa Birliyi çərçivəsində müzakirə olunan keçmiş müstəmləkəyə iqtisadi təzyiq göstərməklə hədələyir.

AzerVoice xəbər verir ki, bütün bunlarla yanaşı Fransa ədliyyə naziri Gerald Darmanin, iki ölkə arasında artan gərginlik fonunda Əlcəzair elitalarının Fransaya vizasız səyahət etməsinə icazə verən 2013-cü il Fransa-Əlcəzair hökuməti razılaşmasını "ləğv etmək" istədiyini açıqlayıb.

Dünən LCI televiziyasına verdiyi açıqlamada Darmanin, "2013-cü ilə aid bir razılaşma var və bu müqaviləyə əsasən Əlcəzair rəsmiləri Fransaya vizasız girə bilərlər.”-deyib.

Fransanın daxili işlər naziri Bruno Retaillo cümə günü deyib ki, “Əlcəzair Fransanı aşağılamağa çalışır”. Əlcəzair isə Fransanın "gərginliyi artırmaq" və "alçaldılma" ittihamlarını rədd edib və ona qarşı "dezinformasiya və təhrif kampaniyasını" pisləyib.

Digər Kateqoriyalar

2025 © Azervoice