Əsas səhifə » Yararsız döyüş sursatları Goran Təlim Mərkəzində məhv edilir - MN

Yararsız döyüş sursatları Goran Təlim Mərkəzində məhv edilir - MN

Bakı. AzerVoice

Plana uyğun olaraq, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçirilir.

Bu barədə AzerVoice-a Müdafiə Nazirliyindən bildirilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.

Aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək", - nazirlikdən bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice