Əsas səhifə » ABŞ-dəki hücumun səbəbkarı yayda İŞİD-ə qoşulub - FTB

ABŞ-dəki hücumun səbəbkarı yayda İŞİD-ə qoşulub - FTB

Bakı. AzerVoice

ABŞ-nin Yeni Orlean şəhərində (Luiziana ştatı) terror aktının təşkilatçısı və icraçısı 2024-cü ilin yayında İŞİD terror təşkilatına qoşulub və hücum zamanı təkbaşına hərəkət edib.

AzerVoice-in məlumatına görə, bu barədə FTB-nin direktor müavini Kristofer Raia mətbuat konfransında deyib.

"Yeni Orleandakı hücumda başqa kimin iştirak etdiyinə inanmırıq. O, bu yayın əvvəlində İŞİD-ə qoşulub", - deyə o bildirib.

Xatırladaq ki, Yeni il gecəsi yerli vaxtla səhər saat 3 radələrində Nyu-Orleanın mərkəzində yük maşını piyadaların üstünə sürülüb. Avtomobil dayandıqdan sonra cinayətkar polis əməkdaşlarına atəş açıb və cavab atəşi ilə öldürülüb. Son məlumatlara görə, 15 nəfər həlak olub və 30 nəfərdən çox insan yaralanıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) baş verənləri terror aktı kimi qiymətləndirib.

Digər Kateqoriyalar

2025 © Azervoice