Əsas səhifə » Cənubi Koreyada eniş qurğusunda problem yaranan təyyarə hava limanına qayıdıb

Cənubi Koreyada eniş qurğusunda problem yaranan təyyarə hava limanına qayıdıb

Bakı,AzerVoice

Əvvəllər eniş qurğusunda eyni problem bu modelin başqa bir təyyarəsinin qəzaya uğramasına səbəb olub

AzerVoice xəbər verir ki, dekabrın 30-da yerli vaxtla saat 06:37-də Gimpo Beynəlxalq Hava Limanından (Gimpo) Jejuya uçan Jeju Air təyyarəsində havaya qalxdıqdan az sonra eniş qurğusunda problem yaranıb.

Aviaşirkət nasazlıq barədə 161 sərnişinə məlumat verib və reysi saat 07:25-də Gimpo hava limanına qaytarıb.

Sərnişinlər eyni modelli başqa bir təyyarəyə, Boeing B737-800-ə köçürülüb. Lakin 21 sərnişin təhlükəsizlik baxımından təyyarəyə minməmək qərarına gəlib.

Jeju Air-in məlumatına görə, komandir pilot eniş şassisində problem aşkar etdikdən sonra idarəetmə mərkəzi ilə əlaqə saxlayıb.

Bildirilir ki, əlavə yoxlamalardan sonra eniş şassisinin normal işləməsi təsdiqlənib, lakin kapitan yoxlama üçün hava limanına qayıtmaq qərarına gəlib.

Təyyarənin bir gün əvvəl qəzaya uğrayan təyyarə ilə eyni model olduğu ortaya çıxıb.

Xatırladaq ki, bazar günü Cənubi Koreyada baş verən təyyarə qəzası nəticəsində 179 nəfər həlak olub .

Digər Kateqoriyalar

2025 © Azervoice