8 dekabr 2024-cü ildə Suriyada rejim əbədi olaraq və ölkəsinin vətəndadışı İranın imperialist maraqlarına qurban verən, Tehranın göz bəbəyi Bəşşar Əsəd ölkədən qaçdı. Bununla da məhz bu tarixdə,İranın regiondakı ekspansionist layihəsi, Tehranın bir çox cəhətdən region üçün işğal layihəsindən başqa bir şey olmayan inqilabını ixrac etmək layihəsini elan etməsindən təxminən 45 il sonra iflasa uğradı.
Suriya İranın layihəsinin təməl daşı idi və Tehranla Aralıq dənizi arasında ən mühüm təmas nöqtəsi idi.
İsrailin “məhv edilməsi” şüarı həmişə İranın Suriyada və bölgədə ekspansionizminin gizləndiyi maska olub, lakin bu şüarın əsl məğzi regionda məzhəbçilik nifaqı salmaq olub ki, İran bunu gözəl şəkildə bacarıb.
İran ərəb ölkələrində düşmənçilik toxumlarını ilk baxışdan “Dini ocaq” olan “Hüseyniyyələr” altında başladı. Əsasən sünni olan ərəblərlə “ünsiyyətin” ilkin formasında islami şüarlar və qardaşlıq bağları tərənnüm edilsə də daha sonra bütün müxalif məzhəb sahibləri gizli şəkildə təkfir olundular. Daha sonra isə, ümumilikdə sünni ərəb dünyası bütünlükdə “vəhhabilikdə” ittiham olundu. Regionda müharibələrin olması və ölənlər də İranın “maraq dairəsində” idi. Belə ki, uzun illər əza vəclislərində edilən təziyələrdə yalnız İran şiəliyi tərənnüm olundu ( mərsiyələr və sairə) Daha sonra isə müəyyən darirələrdə gec toplayan irançı qüvvələr ərəb sünni dünyasının müqəddəs hesab etdiyi şəxsləri ( Əbu Bəkr, Ömər,Osman, Aişə və sairə) açıq şəkildə təhqir etməkdən belə çəkindmədilər. Bu forma İranın maraq dairəsinə daxil olan bütün dövlətlərdə eynidir.
Aydın oldu ki, İran bu itki ilə barışmaq niyətində deyil. Tehran eyni zamanda Hizbullah və İsrail arasında başlayan müharibə səbəbindən Livan üzərindəki hökmranlığını itirdi və ərəb dünyasındakı ən güclü və ən qədim qolu olan, uzun müddət ərəb maraqlarına qarşı istifadə Əsədlə yanşı eyni zamanda ərəb olub ərəb maraqlarına xidmət etməyən Hizbullah da küncə sıxışmış oldu
Artıq Livan və İranın müqavimət oxunun deyil, ərəb dünyasının ayrılmaz hissəsi olan Suriya, Tehran üçün arxa bağça deyil. Artıq Dəməşq İranın narkotik ticarətində önəmli nöqtə də deyil.
İranın itkilərinə cavab vermək üçün silahı fitnə və vətəndaş müharibələri təhlükəsinə çevrilib.
Ən böyük təhdid İranın ahıl yaşda olan lideri Əli Xameneyidən
gəldi və o, Tehranda dini bayramda iştirak edərkən dedi: “Gələcəkdə
Suriyada da şərəfli və güclü bir qrupun meydana çıxacağını
gözləyirəm“.
Suriyada müvəqqəti hökuməti devirmək üçün “Cəsur gənclər” dən dəm
vuran Xameneyi isə nədənsə bu vaxta qədər Suriyalı gəncininin
gəlcəyi ilə maraqlanmayıb. Onun itirəcşi şeylədn bir dəfə də olsa
əsla danışmayıb.
Xamneyinin sözlərindən əvvəl İranın xarici işlər naziri Abbas
Əraqçi Suriyada qələbəni qeyd edənlərə “ səbirli olun, çünki
gələcək hadisələr çox olacaq” xəbərdarlığı edib.
Möhsün Rezai isə açıqlamasında “Suriya müqavimətinin bir ildən az
müddət ərzində dirçələcəyini” elan edib. Bu bəyanatların mürəkkəbi
quruyan kimi ələvi təriqəti adından danışan devrilmiş rejimdən olan
qrupların və şəxslərin videoları və bəyanatları peyda oldu.
İran artıq Suriyada “ xüms və zəkat” pulu ilə qurulan, telekommunikasiya şirkətləri, mətbəələr,qaçaqmalçılıq ticarəti və Captagon istehsalı sahəsindəki bazarları və saysız-hesabsız sərmayələrini itirir. Maraqlısı isə odur ki, İran bütün bunlarla yanaşı, Suriyada gündəmi yönəldə biləcək saxta hüquqşünaslar, QHT-lər, kursların da açılmasına yetərincə pul sərf etmişdi. Bu ilk baxışda inanadırıcı gəlməyə bilər, lakin hədəf əhalinin bütün təbəqələrinə hətta “fahişəlik sənayesi”-nə də sirayət edərək, nəzarəti əldə saxlamaq idi.
Təhlükəsizliyi pozan bu təhrik və müşayiət olunan hərəkətlər bir daha sübüt edir ki, İran Suriyada yenidən məzhəb savaşının alovlandırmaq niyyətindədir və bunu İrandan başqa heç kim istəmir.
İranın Suriyadakı itkisi əslində Əsədin şəxsiyətindən daha böyükdür. Əsəd Suriyanı bir tövləvə və gəlir mənbəyi kimi görürdü, hətta bir milyon insanı öldürüb insanların yarısını köçürməli olsa belə bu Əsədi əsas fikrindən döndərə bilməzdi.
Tehran öz itkisini strateji hesab edir və 1979-cu ildən bəri çalışdığı layihəsinin itirilməsi kimi hesab edir.