Bakı. AzerVoice
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan daha 7 Azərbaycan vətəndaşı və həlak olan 4 nəfərin nəşi Aktau şəhərindən Bakıya gətirilib.
AzerVoice xəbər verir ki, onları gətirən AZAL-ın təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Qeyd edək ki, daha öncə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 7 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
Yaralıları gətirən FHN-nin xüsusi təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.