10
Bakı,AzerVoice
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Aktaudakı təyyarə qəzasında həlak olanlarla bağlı paylaşım edib.
AzerVoice xəbər verir ki, paylaşımda deyilir:
"Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!"