16
Bakı. AzerVoice
Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib.
AzerVoice xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətində olduğunu bildirib.
Tramp, Putinlə tez bir zamanda görüşmək istəyini vurğuladığını qeyd edib. O, münaqişəni dəhşətli adlandırıb və əlavə edib ki, əgər o, Ağ Evdə hazırkı prezident Co Baydenin yerinə olsaydı, bu münaqişə baş verməzdi.