Bakı. AzerVoice:
Quba İş Adamlarına Dəstək-QİAD platformasının təşkilatçılığı, "Pətək" bal evi və "Polymart" şirkətinin sponsorluğu ilə Qubada sahibkarlar "Səhər Yeməyi" proqramında bir araya gəliblər.
AzerVoice xəbər verir ki, tədbirdə Quba Rayon İcra Hakimiyyətində Şöbə müdirinin müavini Loğman Əliyev, Quba KOB Dostu Asif Cəfərov, Quba ABAD Factory İstehsalat Birliyinin direktoru Elxan Nağıyev, QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov, İdarə Heyəti üzvləri və bölgə sahibkarları iştirak edib.
50 sahibkarın iştirakı ilə keçirilən tədbirin məqsədi bölgədə fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin sıxlaşdırılması, şirkətlərarası ticarətin inkişafı, dövlət-özəl dialoqunun artırılması, dayanıqlı tərəqqinin dəstəklənməsidir.
Görüş fərqli sektorlarda fəaliyyət göstərən sahibkarlar arasında ikili görüşlərlə davam edib.
QİAD platformasının 2025-ci il üçün nəzərdə tutulan fəaliyyət planına əsasən il ərzində bu qəbildən olan görüşləri davam etdirməyi, sosial-iqtisadi sahədə əhəmiyyətli layihələrə imza atmağı hədəfləyir.
Azərbaycanın bütün bölgələrində olduğu kimi, şimal regionunda da yaranmış münbit iqtisadi mühit, dövlət dəstəyi sahibkarlığın daha da inkişaf etməsinə öz töhfəsini verəcəkdir.
QİAD platformasının üzvlərinin təşəbbüsü bu istiqamətdə dövlətimizin siyasətini dəstələyərək sahibkarlarımıza, nəticədə ölkə iqtisadiyyatına öz mümkün töhfəsini verməkdir.