28
Bakı. AzerVoice:
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Almaniyanın xarici işlər naziri Annalena Baerbok Suriyada baş verənləri müzakirə edib.
AzerVoice xəbər verir ki, Hakan Fidan Suriyanın ərazi bütövlüyü və birliyinin qorunmasının vacibliyini vurğulayıb.
Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, Fidan Suriyada keçid dövrünün suriyalıların rəhbərliyi altında nizamlı və əhatəli şəkildə davam etməli olduğunu bildirib.
Həmçinin Suriyada yenidənqurma səyləri və hərtərəfli humanitar yardım proqramlarının eyni vaxtda həyata keçirilməsinə ehtiyac olduğu vurğulanıb.