Əsas səhifə » ABŞ Suriyada İŞİD liderinin məhv edildiyini açıqlayıb

ABŞ Suriyada İŞİD liderinin məhv edildiyini açıqlayıb

Bakı. AzerVoice

ABŞ Mərkəzi Komandanlığı bu gün elan edib ki, qüvvələri dünən (cümə axşamı) Suriyanın Deyr əz-Zor valiliyindəki reyd zamanı bir lider də daxil olmaqla iki İŞİD üzvünü hədəf alan “dəqiq” hava hücumu həyata keçirib.

AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, bu haqda Mərkəzi Komandanlıq “X” platformasında verdiyi açıqlamada deyilir.

Məlumata əsasən öldürülən liderlərin biri “Əbu Yusif” adlı İŞİD lideridir.

“ABŞ regiondakı müttəfiqləri və tərəfdaşları ilə birlikdə İŞİD-in Suriyadakı mövcud vəziyyətdən sui-istifadə etməsinə və öz sıralarını yenidən toplamasına imkan verməyəcək”-deyə ABŞ Mərkəzi Komandanlığının komandanı Maykl Korella deyib.

Onun sözlərinə görə, İŞİD hazırda Suriyada həbsdə olan 8 mindən çox üzvünü azad etməyə çalışır.

Digər Kateqoriyalar

2024 © Azervoice