Bakı, AzerVoice
2024-cü il noyabrın 20-də COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Pavilyonunda "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin ərsəyə gətirdiyi "Bir ovuc dünya" adlı sənədli filmin təqdimatı olub.
AzerVoice xəbər verir ki, Ermənistanın işğalı zamanı Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosiddən bəhs edən sənədli filmin müəllifi tanınmış jurnalist Ayaz Mirzəyevdir.
Filmin təqdimat mərasimində Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının, Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun İdarə
Heyətinin məsul şəxsləri, o cümlədən Keniyanın "SMACHS
Foundation"nun qurucusu Şarlin Ruto (Charlene Ruto) da iştirak
edib.
Təqdimat mərasimindən sonra filmin ictimai müzakirəsi keçirilib.
İştirakçılar ingilis dilində hazırlanmış ekran işi barəsində
fikirlərini səsləndiriblər.
Sənədli filmin yaxın vaxtlarda daha geniş təqdimatı keçiriləcək.
Tədbir çərçivəsində "SMACHS Foundation"nun qurucusu Şarlin Ruto
Ermənistanın mina çirkləndirilməsinə məruz qoyduğu Azərbaycan
torpaqlarında minaya düşmüş şəxslərin fotosərgisi ilə də tanış
olub.
"Düyməni sıxan ayaqlar" adlı fotosərgi ziyarətçilərdə dərin
təəssürat yaradıb.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı ekoloji cinayətlərindən və mina müharibəsindən bəhs edən hər iki layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.