Bakı, AzerVoice
Dünyanın bir çox ölkələrində humanitar fəaliyyət göstərən “ Sadəcə İnsan” (JUST HUMAN) təşkilatı ilə,AzərPress Media agentliyi arasında tərəfdaşlıq memorandumu imzalanıb.
AzerVoice xəbər verir ki, memorandum “Sadece İnsan” humanitar təşkilatının direktoru Hinal Turan və AzərPress Media Agentliyinin direktoru Samir Babaoğlu tərəfindən imzalanıb.
Memoranduma əsasən, "AzerPress Media Agentliyi" media layihəsi “Sadece İnsan” təşkilatının rəsmi media tərəfdaşı olub.
Qeyd edək ki, “Sadece İnsan” 2012-ci ildə təsis edilib. Təhsilin bəşəriyyətə verilə biləcək ən mühüm töhfələrdən biri olduğu düşüncəsinə sahib olan təsisçilər məktəb həyatı boyu maddi çətinlik çəkən tələbələrin təqaüd, geyim, yaşayış və dəftərxana ehtiyaclarını qarşılamağa üstünlük verərək xeyriyyə fəaliyyətlərinə başlayıblar.
“Sadece İnsan” 2019-cu ildən etibarən yerli, beynəlxalq qurum və təşkilatlarla əməkdaşlıq edərək maliyyə dəstəyi almağa başlamış və fəaliyyətini Türkiyənin hüdudlarından kənarda da genişləndirmişdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Davamlı İnkişaf Planına daxil edilmiş əsas hədəflər çərçivəsində dünyanın müxtəlif ölkələrində layihələr həyata keçirib.