Əsas səhifə » İstanbulda "3+3" platformasının iclasının yekunları üzrə Birgə Bəyanat qəbul edilib

İstanbulda "3+3" platformasının iclasının yekunları üzrə Birgə Bəyanat qəbul edilib

Bakı, AzerVoice

İstanbulda "3+3" regional məşvərət platformasının iclasının yekunları üzrə Birgə Bəyanat qəbul edilib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin iclasın yekunları üzrə açıqlamasında deyilir.

"Birgə Bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələr arasında etimadın yaradılmasına, rifah və sabitliyə verdiyi töhfə xüsusi vurğulanıb. Nəqliyyat, rabitə, ticarət, enerji, investisiya və əlaqə sahələrində əməkdaşlıq imkanlarının qiymətləndirilməsi razılaşdırılıb.

Bəyannamədə həmçinin dialoq yolu ilə regionda sülh və sabitliyin təmin edilməsinin vacibliyi vurğulanıb. Türkiyə Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi və əməkdaşlığın gücləndirilməsi üçün region ölkələri ilə işləməyə davam edəcək", - deyə Türkiyə XİN-in məlumatında deyilir.

Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəəhrində "3+3" regional platforması üzrə xarici işlər nazirlərinin iclası keçirilib.

Digər Kateqoriyalar

2024 © Azervoice