Əsas səhifə » Liviya Dövlət Şurasının seçkilərində prezidenti müəyyən etmək mümkün olmayıb

Liviya Dövlət Şurasının seçkilərində prezidenti müəyyən etmək mümkün olmayıb

Bakı, AzerVoice

Liviya Ali Dövlət Şurasının prezident seçkilərində prezidenti müəyyən etmək mümkün olmayıb.

AzerVoice xəbər verir ki, prezident seçkilərində indiki prezident Məhəmməd Tekale ilə Xalid əl-Mişri arasında mübahisə etibarsız səs mübahisəsinə görə yekunlaşa bilməyib.

Seçkilərin ilk turunda mübarizə aparan üç prezidentliyə namizəddən Tekale 67, Mişri 54, Adil Kermus isə 14 səs toplayıb. Birinci turda mütləq səs çoxluğu əldə oluna bilmədiyi üçün ən yüksək səs toplayan iki nəfər arasında ikinci turda 68 səs Tekale, 69 səs Mişri, bir etibarsız və mübahisəli səs isə Tekalenin lehinə olub.

Tekale qeyd edib ki, məhkəmə qərar verməsə, Şuranın prezident seçkilərinin ikinci turu avqustun 20-də yenidən keçiriləcək.

Mişri mətbuata açıqlamasında Şuranın Qanuni sədri seçildiyini və hüquqlarından əl çəkməyəcəyini bildirib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2024 © Azervoice