Əsas səhifə » İsrail Livanın atəşkəs rejiminə əməl etmək öhdəliyini pozmağa çalışır - Parlament sədri

İsrail Livanın atəşkəs rejiminə əməl etmək öhdəliyini pozmağa çalışır - Parlament sədri

BAKI, AzerVoice

İsrail, Livanın atəşkəsin həyata keçirilməsinə dair ciddi öhdəliyini gözdən salmağa çalışır.

AzerVoice xəbər verir ki, bu haqda Livan Parlamentinin sədri Nəbih Bərrinin verdiyi açıqlamada deyilir.

Parlament sədri Livanın cənubundakı vəziyyətin gedişatına, xüsusilə də İsrailin hərbi təcavüzünü, habelə BMT-nin 1701 saylı qətnaməsinin müddəalarının pozulmasına nəzər salıb.

"Bu pozuntular dünən pik həddə çatıb və İsrailin genişmiqyaslı hava hücumları Livanın cənubundakı bir sıra bölgələri, xüsusilə də Hula, Arnun, İqlim ət-Tuffah bölgələrinin kəndləri və Rihane dağ silsiləsinin yüksəkliklərini hədəfə alıb. Hücumlar nəticəsində bir sıra ölən və yaralılar olub" - deyə, açıqlamada bildirilib.

Bərri, Livan ordusunun komandanı general Rudolf Heykellə telefon danışığı apararaq İsrailin hücumlarının təfərrüatları haqqında məlumat alıb və eyni zamanda Breqa qəsəbəsində ölən əsgərlərlə yanaşı, mülki vətəndaşlara görə də başsağlığı verib.

Xatırladaq ki, Livanın Breqa – Nəbatiyyə bölgəsində hərbi nəqliyyat vasitəsi ilə sursat daşınması zamanı baş verən partlayış nəticəsində bir zabit və iki əsgər həlak olub, bir neçə mülki şəxs isə yaralanıb. Hadisənin səbəblərini müəyyənləşdirmək üçün ordunun müvafiq bölmələri araşdırmalara başlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice