31
Foto: AA
BAKI, AzerVoice
İsrail ordusu Livanın cənubuna hava zərbəsi endirib
AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbə, “Hizbullah”ın silahlı qanadına məxsus xüsusi əməliyyat qüvvələrinin bölmələrindən birinin taqım komandirini hədəf alıb. Zərbə nəticəsində həmin şəxs ölüb, lakin onun adı açıqlanmır.
Ordunun bildirdiyinə görə, zərbə Livanın
cənubunda yerləşən Aytarun qəsəbəsinin ətrafına endirilib.