Əsas səhifə » BMT İsrail və Livanı beynəlxalq qətnaməyə əməl etməyə çağırıb

BMT İsrail və Livanı beynəlxalq qətnaməyə əməl etməyə çağırıb

BAKI, AzerVoice

BMT-nin Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL) İsrail və Livanı beynəlxalq qətnaməyə əməl etməyə çağırıb.

AzerVoice xəbər verir ki, bu barədə UNIFIL-in yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, İsrailin Livan ərazisindəki mövcudluğu davam edir.

“UNIFIL-ə bağlı sülhməramlılar hələ də Livanın cənubunda yerindədir. Biz İsrailin mövcudluğunun və hava zərbələrinin davam etdiyini müşahidə edirik. Eyni zamanda, Livan ərazisində icazəsiz silahların, o cümlədən raket qurğuları və tank əleyhinə raketlər aşkar edirik”, - deyə bəyanatda bildirilib.

Bəyanatda vurğulanıb ki, bu fəaliyyətlərin hamısı BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin pozulmasıdır.

Xatırladaq ki, keçən ilin noyabr ayında, Hizbullah ilə İsrail arasında toqquşmaların dayandırılması məqsədilə atəşkəs razılaşması əldə edilmişdi. Bu razılaşma çərçivəsində İsrailin Cənubi Livandan, Hizbullahın isə bölgədən döyüşçülərini və silahlarını çıxarması üçün 60 günlük müddət verilmişdi. Bu müddət daha sonra 18 fevrala qədər uzadılmışdı, lakin İsrail Livanın cənubunda 5 mövqedə qoşunlarını saxlamaqda israrlıdır.

Digər Kateqoriyalar

2025 © Azervoice