Əsas səhifə » İsrail ordusu Livanın cənubuna hava zərbələri endirib

İsrail ordusu Livanın cənubuna hava zərbələri endirib

BAKI, AzerVoice

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna hava zərbələri endirib.

AzerVoice xəbər verir ki, bu barədə Livanın Milli İnformasiya Agentliyi məlumat verib.

Məluamta əsasən, İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Zibqin və Şueytiyə kəndləri arasında torpaq bərpası üçün istifadə olunan qazıcı texnikanı hədəfə alıb. Bu hücum nəticəsində bir neçə nəfər xəsarət alıb. Digər hava zərbəsi isə Naqura yolu üzərindəki avtomobilə endirilib, lakin bu hücum nəticəsində insan itkisi olmayıb.

Livan Səhiyyə Nazirliyi sonradan təsdiqləyib ki, Zibqin bölgəsindəki hava zərbəsi iki nəfərin həyatına son qoyub. Ölənlərin və yaralananların suriyalı olduqları bildirilib.

İsrail ordusu hadisə ilə bağlı açıqlamasında, hədəf alınan şəxslərin “Hizbullah” üzvləri olduğunu və təşkilatın infrastrukturunu bərpa etdiklərini iddia edib.

Digər Kateqoriyalar

2025 © Azervoice