Əsas səhifə » İsrail Hizbullah komandirini öldürdüyünü təsdiqləyib

İsrail Hizbullah komandirini öldürdüyünü təsdiqləyib

Bakı, AzerVoice

İsrail ordusu Livanın cənubunda Hizbullahın silahlı birləşmələrindən birinin komandirinin zərərsizləşdirdiyini təsdiqləyib.

AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.

Məlumata görə, İsrailin dünən Livan ərazisinə etdiyi hava hücumu nəticəsində Hizbullahın Livanın cənubundakı tank əleyhinə qüvvələrinə komandanlıq edən Həsən Kamal Hələvi zərərsizləşdirilib. O, ölkənin cənubundakı Nəbətiyyə şəhəri yaxınlığında öldürülüb.

Məlumata əsasən, Hələvi Livan-İsrail sərhədində baş verən döyüşlər zamanı döyüşçülərin hərəkətini və cənuba silah daşınmasını təmin edirdi.

"Son aylar ərzində Hələvi İsrailin dinc vətəndaşlarına qarşı yönəlmiş terror aktlarında iştirak edib. Həsən Kamal Hələvinin həyata keçirdiyi terror aktları İsrail dövləti və vətəndaşları üçün təhlükə yaradırdı", - deyə məlumatda qeyd edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice