Əsas səhifə » İsrail ordusu Hizbullahın hərbi obyektlərinə hücumlar edib

İsrail ordusu Hizbullahın hərbi obyektlərinə hücumlar edib

Bakı, AzerVoice

İsrail ordusu Livanda "Hizbullah"ın obyektlərinə hücumlar edib.

AzerVoice xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən bu, bu gün ərzində Livana edilən ikinci hücum dalğasıdır. İlk hücumlar zamanı, "Hizbullah"ın raket qurğuları və Livanın cənubundaki silahlı qrupların fəaliyyətini koordinasiya edən qərargahı məhv edilib.

Məlumata görə, hücumlar Livan tərəfindən edilən atəşə cavab olaraq həyata keçirilib.

Xatırladaq ki, səhər saatlarında Livan ordusu İsraillə sərhəddə yerləşən Metula yaşayış məntəqəsinə doğru bir neçə raket zərbələri endirib. Bunlardan üçü İsrail ordusu tərəfindən məhv edilib. Bu, ötən ilin noyabr ayında Livan-İsrail sərhədində atəşkəs razılaşması imzalandıqdan sonra İsrailin şimal bölgələrinə etdiyi ilk atəş idi.

Daha sonra isə, İsrail Baş nazirinin ofisi, hadisənin məsuliyyətini Livan hökumətinin üzərinə qoyub və orduya Livanın bu hücumlarına qarşı cavab verilməsi əmrini verib. "Hizbullah" rəhbərliyi isə Metuladakı insidentlə heç bir əlaqələrinin olmadığını bildirib və atəşkəs razılaşmalarına sadiq olduqlarını qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice