Bakı, AzerVoice
İsrail, bu gün Livanın cənubuna iki hava hücumu həyata keçirdi.
AzerVoice xəbər verir ki, bu barədə İsrailin rəsmi agentliyi məlumat verib.
Məlumata əsasən, iki hücum Sur rayonu ərazisini və Qalila ilə Samaiya arasında yerləşən ərazini hədəf alıb.
Hücumlar, İsrailin beş ay əvvəl hava hücumu nəticəsində həyata keçirdiyi suiqəsd əməliyyatında hədəfə alınan keçmiş lider Həsən Nasrullahın bu gün təşkil olunacaq dəfn mərasimi başlamazdan əvvəl həyata keçirilib.
Qeyd edək ki, Hizbullah ilə İsrail arasındakı toqquşmalar ötən ilin sentyabr ayında tam miqyaslı müharibəyə çevrilib.
İsrail və Hizbullah arasında bir ildən çox davam edən qarşıdurma, o cümlədən iki ay davam edən tammiqyaslı müharibə, 27 noyabr razılaşmasının qüvvəyə minməsindən sonra dayanıb. Hizbullah isə İsrailə qarşı hücumlarının əsas səbəbinin Qəzzada HƏMAS-la həmrəy olduğunu bəyan edib.