Bakı, AzerVoice
İsrailin Livandan çıxması ilə bağlı xəbərlər son günlərdə diqqət mərkəzindədir.
AzerVoice xəbər verir ki, İsrail qoşunlarının sabah, yəni fevralın 18-də Livandan çıxarılacağı gözlənilir.
Bununla yanaşı, İsrailin Strateji Məsələlər naziri Ron Dermer, İsrail Müdafiə Qüvvələrinin cənubi Livanda beş strateji mövqedə qalacağını qeyd edib. Bu, Livanda "Hizbullah" ilə davam edən atəşkəs razılaşmasının bir hissəsidir və bu razılaşmaya əsasən, çıxarılma prosesinin fevralın 18-də tamamlanması nəzərdə tutulur.
Eyni zamanda, "Hizbullah"ın da cənubi Livandan çəkilməsi və yalnız Livan ordusunun həmin ərazilərdə qalması planlaşdırılır.
Bu hadisələr fonunda, "Hizbullah" Livan hökumətini fevralın 18-dək İsraili qoşunlarını çıxarmağa məcbur etməyə çağırıb. Bu çağırış, İsrailin Livanda "Hizbullah"ın obyektlərinə zərbələr endirməsindən sonra gəlib.
Qeyd edək ki, bu proseslər, İsrailin Livandakı hərbi varlığını azaltmaq və bölgədəki gərginliyi azaltmaq məqsədi daşıyır.