Əsas səhifə » İranın Livana uçuşlarına qadağa müddəti uzadılıb

İranın Livana uçuşlarına qadağa müddəti uzadılıb

Bakı, AzerVoice

Livan İranın Beyruta uçuşlarına qadağa müddətini uzadıb.

AzerVoice xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfarzaneh məlumat verib.

Məlumatda, Livanın İranın uçuşlarını 18 fevral tarixinə qədər dayandırdığı bildirilib.

Qeyd edək ki, Beyrut Rəfiq Hariri Hava Limanı böyük bir xaos və gərginlik yaşadı. Bunun səbəbi İrandan gələn bir təyyarənin Beyruta uçuşuna icazə verilməməsi idi. Məlumata görə, təyyarənin göyərtəsində "Hizbullah"a aid pullar olduğu ehtimal edildiyi üçün Beyrut hava limanı onu qəbul etməkdən imtina edib. Bu hadisə "Hizbullah" tərəfdarlarının hava limanına gedən yolları bağlamasına və yüzlərlə sərnişinin çətinlik çəkməsinə səbəb oldu. Hizbullah tərəfdarlarından ibarət böyük bir kütlə və xalq nümayəndələri hava limanı yolundakı etiraz aksiyasına qatılıblar. Hizbullah Beyrut hava limanı yolunda təşkil etdiyi etiraz aksiyasının başa çatdığını elan edib. Onlar bu aksiyanı İsrailin müdaxiləsinə, şərt qoymasına və suverenliyin pozulmasına etiraz məqsədilə keçirdiklərini bildiriblər.

Digər Kateqoriyalar

2025 © Azervoice