Əsas səhifə » Livan İsrail qoşunlarının cənubda qalmaq tələbini rədd edir

Livan İsrail qoşunlarının cənubda qalmaq tələbini rədd edir

Bakı, AzerVoice

Beyrut İsrailin gələn həftə atəşkəs razılaşmasının tam həyata keçirilməsi üçün son tarixdən sonra Livanın cənubdaki beş məntəqədə qalmaq tələbini rədd edib.

AzerVoice xəbər verir ki, bu barədə Livan parlamentinin spikeri Nəbih Berri bildirib.

ABŞ Livanın cənubunda İsrail qoşunlarının uzun müddət qalmağına icazə verib, İsrail öz qüvvələrini geri çəkmək üçün fevralın 18-nə qədər müddətin uzadılmasını istəyib. Livan isə bu tələbi rədd edib.

Xatırladaq ki, noyabrda Vaşinqtonun vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasına əsasən, İsrail əsgərlərinə oktyabrın əvvəlindən Livanın silahlı qruplaşması Hizbullahın döyüşçülərinə qarşı qurudan hücuma keçdikləri Livanın cənubundan geri çəkilmək üçün 60 gün vaxt verilib.

Eyni müddət ərzində Hizbullah döyüşçüləri zonanı tərk etməli və Livan qoşunları bölgəyə yerləşdirilməli idi.

İlkin müddət artıq yanvarın 26-dan fevralın 18-dək uzadılıb. İsrail indi daha 10 gün cənubda beş məntəqədə qalmağı xahiş edib.

ABŞ İsrail əsgərlərinə fevralın 18-dən sonra Livanda bir neçə yerdə qalmağa icazə verib.

ABŞ Dövlət Departamenti şərh sorğusuna dərhal cavab verməyib.

Qeyd edək ki, İsrailin ən yaxın hərbi müttəfiqi olan ABŞ Livanda atəşkəsin həyata keçirilməsinə nəzarət edən komitəyə rəhbərlik edir.

Digər Kateqoriyalar

2025 © Azervoice