Bakı, AzerVoice
Livan, Ərəb Sülh Təşəbbüsünü dəstəkləyir və Fələstinin hər hansı formada öz torpaqlarından didərgin düşməsinə səbəb olacaq və ya Birləşmiş Millətlər Təşkilatının qətnamələrində təsbit olunmuş qanuni hüquqlarını pozacaq hər hansı təklifləri rədd edir.
AzerVoice xəbər verir ki, bu sözlər Livan prezidenti Cozef Aunun açıqlamasında yer alıb.
Livan prezidenti həmçinin, Avropa ittifaqı (Aİ) ölkələrinin İsrailə bu ayın 18-də təyin olunmuş müddət ərzində cənub sərhəd bölgəsindən çıxarılmasını başa çatdırması üçün təzyiq göstərməyə çağırıb.
Bundan əlavə o, İsrail ordusunun bəzi sərhəd bölgələrində fevralın 28-dək qalmaq istəyini qətiyyətlə rədd edib.
Qeyd edək ki, İsrail qüvvələrinin cənubi Livandan tam çıxarılmasına altı gün qalmış, atəşkəsin və BMT-nin 1701 saylı qətnaməsinin icrasını izləyən komitəyə İsrail ordusunun bəzi sərhəd bölgələrində qalmaq istədiyi barədə məlumat verilib.
Livan hökuməti isə bu tələbi rədd etdiyini və İsrailin Livanın ərazi bütövlüyünə hörmət etməli olduğunu açıq şəkildə komitəyə çatdırıb.