Bakı, AzerVoice
Livan prezidenti Cozef Aun baş nazir Navaf Salamın başçılıq etdiyi respublikanın yeni hökumətinin tərkibini təsdiqləyib.
AzerVoice-un məlumatına görə, bu barədə Livan prezidentinin mətbuat xidməti bildirib.
Məlumata əsasən, nazirlər kabinetinə ölkənin xristian və müsəlman icmalarını bərabər şəkildə təmsil edən 24 nazir daxil olub.
Qeyd edək ki, Livan prezidenti müvəqqəti olaraq baş nazir vəzifəsini icra edən Nəcib Mikati hökumətinin istefası haqqında fərman imzalayıb.
Nazirlər Kabinetinin Baş Katibi Mahmud Mekiya Baabda prezident sarayında toplaşan jurnalistlərə bildirib ki, Yusif Raci respublikanın xarici işlər naziri, istefada olan generallar Əhməd əl-Həcər və Mişel Menassa isə müdafiə və daxili işlər naziri təyin edilib. Yasin Cabir maliyyə naziri təyin edildi.