Əsas səhifə » Xamenei "Hizbullah"ın baş katibini Livandakı nümayəndəsi təyin etdi

Xamenei "Hizbullah"ın baş katibini Livandakı nümayəndəsi təyin etdi

Bakı, AzerVoice

İranın ali rəhbəri Əli Xameneinin "Hizbullah" qrupunun baş katibi Naim Qasimi Livanda öz nümayəndəsi təyin etdiyini bildirib.

AzerVoice xəbər verir ki, bu barədə İran televiziya kanalları məlumat verib.

Qrup 29 oktyabrda Naim Qasimin baş katib seçildiyini elan etdi. O, həmin vaxt baş katibin müavini vəzifəsini icra edirdi.

Xatırladaq ki, 27 sentyabrda İsrailin "Hizbullah" hədəflərinə hava hücumlarını intensivləşdirməsi və İsrail ordusunun cənubi Livana quru hücumuna başlamasından bir neçə gün əvvəl 30 ildən çoxdur "Hizbullah"ın baş katibi vəzifəsini icra edən Həsən Nəsrullahın öldürülməsi, həmçinin qrupun bir çox yüksək rütbəli hərbi komandirlərinin itirilməsi təşkilatın sıralarında qarışıqlığa səbəb olub.

Digər Kateqoriyalar

2025 © Azervoice