34
BAKI,AzerVoice
"Hizbullah"ın baş katibi şeyx Naim Qasim, öz sələfi Həsən Nəsrullah və təşkilatın siyasi şurasının sədri Haşim Safiəddinin dəfn mərasiminin cari ilin 23 fevral (bazar günü) tarixində keçiriləcəyini elan edib.
Qasim bazar günü axşam çıxışı zamanı deyib: "Ən müqəddəs
şəhidimiz Seyid Həsən Nəsrullah 23 fevral bazar günü dəfn olunacaq.
Həmin dəfn mərasimində Seyid Haşim Safiəddin də partiyanın baş
katibi statusunda dəfn ediləcək".
Natiq, din xadimi və döyüşçü… hər şey İran
üçün
İsrail ordusu 27 sentyabr 2024-cü ildə Beyrutun cənub ətrafına endirilən hava hücumundan bir gün sonra "Hizbullah"ın baş katibi Həsən Nəsrullahın öldürüldüyünü elan edib. Hava hücumu Hizbullah mərkəzi komandanlıq qərargahını hədəf alıb.