Bakı, AzerVoice
İsrail ordusu Yarun qəsəbəsinə keçmək istəyənlərə atəş açıb.
AzerVoice xəbər verir ki, bu barədə Livanın rəsmi mənbələri məlumat verib.
Məlumata əsasən, Livanın cənubundakı Bint Cbeil bölgəsindəki Yarun qəsəbəsinə daxil olmaq istəyən livanlılar, İsrail əsgərlərinin atəşinə məruz qalıblar.
Livan mətbuatı İsrailin Yarun şəhəri yaxınlığında toplaşan insanlara silahlı pilotsuz təyyarədən səs bombaları atdığını və bölgədə çalışan mətbuat nümayəndələrinə atəş açdığını bildirib.
Xatırladaq ki, ötən il noyabrın 27-də Livan ilə İsrail arasında atəşkəs əldə edilib və İsrail ordusu 60 gün ərzində Livanın cənubunda tutduğu məntəqələrdən geri çəkilməli idi. Lakin İsrail Livan ordusunun ölkənin cənubunda tam qurulmadığını iddia edərək, işğal müddətini fevralın 18-dək uzadıb.