Bakı, AzerVoice
İsrail ordusunun Livanın cənubuna etdiyi hücumlar nəticəsində biri Livan əsgəri olmaqla dörd nəfər yaralanb.
AzerVoice xəbər verir ki, bu haqda Livan ordusu açıqlamasında deyilir.
Yazılı açıqlamaya əsasən, İsrail əsgərləri Yarun - Marun ər-Ras yolunda Livan əsgərləri və vətəndaşlarına atəş açıb. Açılan bu atəş biri Livan əsgəri olmaqla, 4 vətəndaşın yaralanmasına səbəb olub.
Livan ordusu İsrailin atəşkəs razılaşması çərçivəsində Yarun, Mervahin və Birket ər-Rişa qəsəbələrindən geri çəkildiyini və Livan əsgərlərinin bu bölgələrə yerləşdirildiyini bildirib.
Məlumat üçün bildirək ki, Yanvarın 26-dan bu yana İsrail ordusunun Livanın cənubunda işğal olunmuş bölgəyə daxil olmaq istəyən livanlılara qarşı hücumları nəticəsində 26 nəfər ölüb, 164 nəfər yaralanıb.