Bakı, AzerVoice
Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) atəşkəs razılaşmasına uyğun olaraq Livanın cənubundan geri çəkilməli olan İsrail ordusunu mülki əhaliyə atəş açmaqdan çəkinməyə çağırıb.
AzerVoice xəbər verir ki, bu barədə UNİFİL-in yazılı açıqlamasında bildirilib.
UNİFİL bölgədə gərginliyin artmasının qarşısını almaq üçün qüvvələrinin Livanın cənubuna yerləşdirildiyini bildirib.
Bəyanatda Livanın cənubunda vəziyyətin daha pisləşməsinin qarşısı alınmalı olduğu vurğulanıb və bölgəyə qayıtmaq istəyən livanlıların idarəsinin UNIFIL qüvvələrinin yurisdiksiyasında olmadığı qeyd edilib.
“İsrail ordusu Livan ərazisində mülki əhaliyə atəş açmaqdan çəkinməlidir”,- deyə bəyanatda qeyd edilib.
Nəzərinizə çatdıraq ki, atəşkəs razılaşmasına baxmayaraq, Livanın cənubundan geri çəkilməyən İsrail ordusu bu gün səhər saatlarında ölkənin cənub bölgələrinə keçməyə çalışan livanlılara atəş açıb. Nəticədə 15 nəfər ölüb, 83 nəfər isə yaralanıb.