Əsas səhifə » BMT israil və livanı atəşkəsə əməl etməyə çağırıb

BMT israil və livanı atəşkəsə əməl etməyə çağırıb

Bakı, AzerVoice

Birləşməş Millətlər Təşkilatı İsrail və Livanı atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb.

AzerVoice xəbər verir ki, bu haqda BMT mətbuat katibinin müavini Fərhan Haq məlumat verib.

Məlumata əsasən Haq BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam yerinə yetirilməli olduğunu vurğulayaraq, yalnız bu yolla daimi sülh, təhlükəsizlik və sabitliyin əldə olunacağını bildirib.

Tərəfləri gərginliyini daha da artıracaq addımlardan çəkinməyə çağıran Haq, bunun hər iki tərəfin evlərinə qayıtmasını gecikdirəcəyini bildirib.

Məlumat üçün bildirək ki, Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması ötən ilin 27 noyabr tarixində yerli vaxtla saat 04:00-da qüvvəyə minib.

Razılaşmaya əsasən, Livan ordusunun 60 gün ərzində ölkənin cənubunda İsrail tərəfindən işğal olunmuş bölgələrə mərhələli şəkildə yerləşdirilməsi və İsrail ordusunun geri çəkiləcəyi nəzərdə tutulurdu.

Digər Kateqoriyalar

2025 © Azervoice