Bakı, AzerVoice
Livan prezidenti Cozef Aun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefonla danışıb və ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcəyini bildirib.
AzerVoice xəbər verir ki, Aun və bin Salman görüş zamanı Livandakı son hadisələri və Səudiyyə Ərəbistanı ilə Livan arasında əlaqələrin gücləndirilməsi yollarını müzakirə ediblər.
Aun həmçinin bin Salmana təşəkkür edib və Səudiyyə Ərəbistanının Livana dəstəkdə tarixi rolunu qeyd edib və əlavə edib ki, o, ilk xaricə səfərini Səudiyyə Ərəbistanına edəcək.
Qeyd edək ki, Livanda iki ildən çox prezident postu boş qaldıqdan və siyasi böhrandan sonra Baş Qərargah rəisi Aun yanvarın 9-da keçirilən parlament iclasının ikinci turunda Livanın 14-cü prezidenti seçilib.