9
Bakı, AzerVoice
Bu gün Livan paralmanetində prezidentin seçilməsi ilə bağlı iclas keçiriləcək.
AzerVoice xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Qeyd edilir ki, Livanda 2022-ci ilin oktyabr ayından bəri sözügedən post boş qalıb. Livanlı millət vəkilləri keçmiş prezident Mişel Övnə varis təyin etmək üçün azı 12 dəfə cəhd etsələr də, bu vaxta qədər heç bir nəticə əldə olunmayıb.
Habelə ölkənin yerli KİV-ləri bu gün keçiriləcək səsvermədə yeni dövlət başçısının seçilmə ehtimalı yüksək qiymətləndirir. Əsas namizəd livanlı ordu komandiri Yusif Övndür. Qeyd olunan namizədin ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən də dəstəkləndiyi bildirilir.