Bakı, AzerVoice
Beynəlxalq Miqrasiya Təşkilatının Livandakı ofisi bildirib ki, keçən ilin oktyabr ayından bu yana davam edən müharibə səbəbilə Livanda 842 mindən çox insan didərgin düşüb.
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Livandakı (BMT) Humanitar Məsələlərin Koordinasiyası İdarəsi də təsdiqləyib.
“İsrailin davam edən təxliyə əmrləri və sonrakı hava hücumları da minlərlə livanlını evlərini tərk etməyə məcbur edib”-deyə Koordinasiya İdarəsinin açıqlamasında deyilir.
İsrail ordusu ilə Livan Hizbullahı arasında bir il ərzində sərhədyanı bombarman mübadiləsindən sonra bu qarşıdurma sentyabrın 23-də İbrani dövlətinin silahlı təşkilata hava zərbələrini gücləndirməsi və bir həftə sonra quru əməliyyatlarına başlaması ilə açıq müharibəyə çevrildi.
İsrail, təxminən 60 min köçkünün İsrailin şimalına qayıtmasına imkan yaratmaq üçün Hizbullahı öz sərhədlərindən çıxarmaq və Qəzzada müharibə başlayandan bəri davamlı raket atışlarına son qoymaq istədiyini bildirir.