56
Bakı, AzerVoice
Hizbullahın baş katibi Naim Qasim bu gün, çərşənbə günü, partiyanın sələfi Həsən Nəsrullahın hazırladığı müharibə planını həyata keçirməyə davam edəcəyini təsdiqləyib.
AzerVoice ArabAZ-a xəbər verir ki, Qasım bunu Hizbullahın baş katibi seçildikdən bir gün sonra ilk çıxışında deyib.
“Mənim iş proqramım liderimiz Nəsrullahın bütün siyasi sahələrdəki proqramının davamıdır”-deyə o bildirib.
Hizbullahın baş katibi əlavə edib ki, Qəzzanı dəstəkləmək onların borcudur.
Dünən Hizbullah Qasimin sentyabrın 27-də Beyrutun cənub ətrafına İsrailin basqınında öldürülən Həsən Nəsrullahın yerinə partiyanın baş katibi seçildiyini elan edib, bundan sonra İsrail onu məhv edəcəyinə söz verib.