4
BAKI, AzerVoice
Küveytin Nazirlər Məhkəməsi keçmiş Daxili İşlər Naziri Şeyx Talal Xalidini Müdafiə və Daxili İşlər nazirliklərinin xərclərini mənimsəməkdə ittiham edərək 14 il həbs cəzasına məhkum edib. AzerVoice xəbər verir ki, o, həmçinin təxminən 10 milyon dinar məbləğində mənimsənilmiş vəsaiti geri qaytarmağa və əlavə olaraq 20 milyon dinar məbləğində cərimə ödəməyə məcbur edilib.
Məhkəmə Müdafiə Nazirliyinin xərclərinə dair birinci iş üzrə hökmündə ittiham olunan keçmiş nazir və digər bir şəxsə də cəza təyin edib.