Bakı, AzerVoice
Küveytdə keçirilən 45-ci zirvə toplantısının yekununda Körfəz Əməkdaşlıq Şurası ölkələrinin liderləri Qəzzada müharibəyə son qoymağa, “qətllərə və əhalinin yerdəyişməsinə” son qoymağa, fələstinli mülki şəxslər üçün beynəlxalq müdafiənin təmin edilməsinə çağırıblar.
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, bununla yanaşı zirbə toplantısında ərəb liderlər BMT Təhlükəsizlik Şurasını bu cinayətləri araşdırmaq, onların qarşısını almaq üçün ciddi addımlar atmaq, günahkarları məsuliyyətə cəlb etmək və Fələstin xalqının beynəlxalq müdafiəsini təmin etmək üçün müstəqil beynəlxalq komitə yaratmağa çağırıblar.
“Küveyt Bəyannaməsi”ndə liderlər Livanda müvəqqəti atəşkəs
razılaşmasını alqışlayıblar və Səudiyyə Ərəbistanının Qəzzada
müharibəni dayandırmaq, daimi və hərtərəfli sülhə nail olmaq və iki
dövlətli həll yolunun həyata keçirilməsi üçün beynəlxalq fəaliyyəti
gücləndirmək səylərini dəstəklədiklərini təsdiq etdilər.
Ərəb Sülh Təşəbbüsü ilə bölgə daxilində və xaricində fikir
ayrılıqlarını həll etmək üçün dialoqa üstünlük verilməsinin
vacibliyini vurğulanıb.
Sammitin açılışında Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Qəzzada atəşkəsin və təhlükəsiz keçidlərin açılmasının təmin edilməsinin zəruriliyini vurğulayaraq, Fələstin xalqına dəstək verməkdə qəti mövqeyini vurğulayıb.