4
Bakı, AzerVoice
Küveyt xarici investisiyaları cəlb etmək üçün imkanlar yaratmağa çalışır.
AzerVoice ArabAZ xəbər verir ki, bunu Küveytdəki Birbaşa Xarici İnvestisiyaların Təşviqi Təşkilatının Biznesin İnkişafı üzrə Baş Direktorunun köməkçisi Məhəmməd Yaqub Asharq Al-Awsat-a bildirib.
O qedy edib ki, onun ölkəsi dövlət müəssisələrinin,
xəstəxanaların və limanların idarə olunması kimi yeni sektorlara
investisiyaları artırmaq üçün çalışır.
Yaqub bildirib ki, Küveyt neft və qaz, səhiyyə, təhsil və
texnologiya kimi həyati əhəmiyyətli sektorların geniş spektrində
xarici investisiyaların cəlb edilməsi məqsədi ilə obyektlərin
artırılması üzərində işləyir.