Əsas səhifə » İraq və İranın yalnız bir düşməni var - Pezeşkian

İraq və İranın yalnız bir düşməni var - Pezeşkian

Bakı, AzerVoice

İran prezidenti Məsud Pezeşkian, İraq və İranın ortaq bir düşmənlə qarşı-qarşıya olduğunu və İranın "güclü və müstəqil bir İraq" istəyini ifadə edib.

AzerVoice xəbər verir ki, Pezeşkian Bağdadda İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə keçirdiyi mətbuat konfransında açıqlama verib.

Pezeşkian iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığını davam etdirdiyini və sərhəd nəzarəti ilə qaçaqmalçılığın qarşısının alınması üçün addımlar atıldığını qeyd edib.

O, çıxışında “Tehran İraqla yeni təhlükəsizlik sazişləri imzalamalıdır, çünki hər iki ölkəni təhdid edən düşmən eynidir” deyə bildirib.

Hər iki liderin görüşündən sonra iqtisadiyyat, təhsil və dini turizm sahələrində əməkdaşlığı əhatə edən 14 anlaşma memorandumu imzalanıb. Pezeşkian bu müqavilələrin iki ölkə arasında yeni bir əməkdaşlıq mərhələsini təmsil etdiyini bildirib.

Qeyd edək ki, Pezeşkian dünən (çərşənbə) Bağdada gəlib və Bağdad Beynəlxalq Hava Limanından İnqilab Keşikçiləri Korpusunun keçmiş komandiri Qasım Süleymaninin öldürüldüyü yeri ziyarət edib.

Digər Kateqoriyalar

2024 © Azervoice